Anjey Kaspşik Ermənistan və Azərbaycanı bayram günlərində atəşkəsə əməl etməyə çağırıb

Anjey Kaspşik Ermənistan və Azərbaycanı bayram günlərində atəşkəsə əməl etməyə çağırıb


“Mən Azərbaycan və Ermənistan tərəfdən təmas xəttində baş verən son hadisələrlə bağlı məlumat aldım və onların narahatlıqlarını dinlədim”.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mandatının bir hissəsi olaraq martın 17-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirdiyi monitorinqlə bağlı açıqlamasında deyib.

O bildirib ki, hər iki tərəf kəndlərin təmas xəttinə yaxınlığını vurğulayaraq dinc vətəndaşların atəşkəs rejiminin pozulmasından böyük əziyyət çəkdiklərini nəzərə çatdırıb: “Yaxınlaşan Novruz və Pasxa bayramları ərəfəsində mən tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə, təmas xəttində və ölkələr arasında olan sərhəddə gərginliyin artmasına gətirib çıxara biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırıram. Bu fürsətdən istifadə edərək qarşıdan gələn bayramlarla əlaqədar region xalqlarına ən xoş arzularımı çatdırıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...