Gözünü təqaüdə dikmiş tələbələr bayramda pulsuz qaldılar
Azərbaycanda tələbələrin təqaüdlərinin verilməsi gecikdirilir.
GUNDEMİNFO.AZ Milli.Az-a istinadən xəbər verir ki, qarşıdan gələn bayram ilə əlaqədar Azərbaycanda təqaüdlərini ala bilməyən tələbələr narahatlıq hissi keçirirlər. Saytımıza müraciət edən tələbələr bildirirlər ki, ayın 18-nə kimi keçirilməsi nəzərdə tutulan təqaüdlər, hələ də, hesaba oturulmayıb. Tələbələrin sözlərinə görə, bir müddət əvvəl Təhsil Nazirliyindən açıqlama verilmişdir ki, mart ayının ortalarında pullar hesaba yatırılacaq. Ancaq qeyd olunan gündən xeyli vaxt keçsə də, əməliyyat yerinə yetirilməyib.
Məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu cür maliyyə işlərinin bir az uzun çəkdiyinə görə pullar hesaba oturulmayıb. Yaxın bir vaxtda tələbələr öz təqaüdlərini ala biləcəklər. "Təhsil Nazirliyi artıq bütün işləri görüb. Sadəcə, bayram ərəfəsində pul əməliyyatlarının çox olduğuna görə işlər gecikib.
Pullar artıq təqaüd kartlarına yatırılmaq üçün göndərilib. Yaxın bir vaxtda tələbələr öz pullarını ala biləcəklər".
892 dəfə oxundu