Bakıda təcili yardıma qadağa HƏYƏCAN SİQNALI VERMƏK OLMAZ

Bakıda təcili yardıma qadağa

GUNDEMİNFO.AZ yazır ki, etibarlı mənbələrdən Muxalifet.az saytına olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir:

"Bir neçə gün öncə hansısa təcili yardım avtomobili Prezident aparatı yaxınlığından keçərkən həyəcan siqnalından (sirena) istifadə etdiyinə görə, aparat məmurlarından birinin narahatçılığına səbəb olub və nəticədə məsələ ilə əlaqədar səhiyyə nazirliyinə müraciət edərək irad bildirilib. Səhiyyə nazirliyinin müvafiq göstərişinə görə isə, həmin gündən Bakı Şəhər Təcili Tibbi Yardım stansiyasının bütün bölmələrinə qeyri rəsmi olaraq həyacan siqnalından istifadə etmək qəti qadağan edilib və qadağanı pozanların ciddi cəzalanacaqları bildirilib".

Adının çəkilməsini istəməyən təcili yardım əməkdaşının deməsinə görə, hazırda onların və xəstələrin həyatı ilə bağlı çox təhlükəli vəziyyət yaranıb. Belə ki, hansısa məmurun siqnal səsindən narahat olmaması üçün verilən bu qeyri qanuni göstəriş nəticəsində bəzən yolun hərəkət istiqamətinin əksinə, bəzən də qadağan edici nişanların təsiri altında hərəkət etməyə məcbur olan xidmət əməkdaşlarının qəza vəziyyəti ilə üzləşməsi ehtimalı həddindən artıq artıb. Mənbə bildirir ki, hazırda bu qadağa ilə əlaqədar Bakı şəhər təcili tibbi yardım stansiyasının işçiləri arasında ciddi panika və həyacan yaşanmaqdadır. İşçiləri ən çox narahat edən isə, müvafiq nazirliyin hansısa məmurun qorxusundan böyük bir kollektivin və xəstələrin həyatını aşkar şəkildə riskə qoymasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...