Azərbaycan Türkiyədə mənzil alışında ilk onluqdadır

Azərbaycan Türkiyədə mənzil alışında ilk onluqdadır


Türkiyədə xarici vətəndaşlara mənzil satışı ötən ilin eyni ayı ilə müqayisədə 15,8% artaraq cari ilin fevral ayında 1 585 ədəd olub. "Report"un Türkiyənin rəsmi statistikasına əsasən verdiyi xəbərə görə, xaricilərə mənzil satışında ilk yeri 555 evlə İstanbul tutub. İstanbulu 328 ev satışı ilə Antaliya, 141 ev satışı ilə Bursa, 93 satışla Sakarya, 90 satışla Yalova və 61 satışla Ankara əvəzləyib.

Fevral ayında İraq vətəndaşları Türkiyədə 365 mənzil satın almaqla xaricilər arasında birinci olublar. İraqı 159 satışla Küveyt, 158-lə Səudiyyə Ərəbistanı, 141-lə Əfqanıstan, 88-lə Rusiya sıralayıb. Azərbaycan vətəndaşları isə 54 mənzil almaqla Rusiyadan sonra 6-cı sırada yer alıblar. Qeyd edək ki, azərbaycanlılar cari ilin ilk 2 ayı ərzində Türkiyədə ümumilikdə 108 mənzil alıblar .
Qeyd edək ki, Türkiyədə mənzil satışı əvvəlki ilin eyni ayı ilə müqayisədə 7% artaraq 101 min 703 ədədə çatıb. Mənzil satışında İstanbul 18 min 142 ədədlə ən yüksək paya(17,8%) sahib olub. Satış sayına görə İstanbulu Ankara və İzmir əvəzləyib. Satışın aşağı olduğu ərazilər isə Ərdahan(3), Şırnak(10) və Hakkari(11) olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...