SIĞORTA DƏLƏDUZLUĞUNUN ARXASINDA MALİYYƏ NAZİRLİYİ DAYANIR

SIĞORTA DƏLƏDUZLUĞUNUN ARXASINDA MALİYYƏ NAZİRLİYİ DAYANIR


Qarabağ əlilləri və şəhid ailələrinin ölkənin qanunverici hakimiyətinin binası qarşısında el arasında “qanpulu” adlandırılan sığorta ödənişinin verilməsindən imtinaya görə etiraz aksiyaları keçirmələri artıq vərdiş halını alıb.Aksiyaçıların “görüş” yerini Milli Məclisin(MM) önünü seçmələri Konstitusiya Məhkəməsi(KM) Plenumunun 28 yanvar 2014 tarixli qərarından qaynaqlanır.Sözügedən qərarla KM qəti olaraq sığorta ödənişinin 2006-cı ildə müəyyən edilən 11 min manatdan az ola bilməzliyini,indiyədək ödəniş almayanlara verilməli olduğunu (köhnə məbləğlə ödəniş alanlara şamil edilmədiyini) təsbit edib və MM-ə sığorta ödənişinin verilməsi qayda və şərtlərini müəyyən etməyi tövsiyə edib.

Gerçəkdə “qanpulu” probleminin KM-də müzakirəyə çıxarılması sığorta ödənişinin verilməsinə borclu olan qurumların qanunu və məhkəmə qərarlarını icra etməkdən yayınmalarına hüquq donu geyindirmək istəyi nədən olub.

20 may 1997-ci ildə qəbul edilən ”Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanun oxşar adla 1991-ci ildən qüvvədə olsa da,hər il dövlət büdcəsindən Maliyyə Nazirliyinin araçılığı ilə Dövlət Sığorta Şirkətinə(DSŞ) müvafiq köçürmələr edilsə də,DSŞ qanpullarını təyinatı üzrə ödəməyib.Şirkət qanpulunu verməkdən imtinasını,əlil və şəhidlərin qanun qəbul edilən tarixdən-1997-ci ildən öncə müharibə əlili və şəhid olmaları ilə izah edərək,qanunun bu tarixdən sonra əlil və şəhid olanlara şamil edildiyini vurğulayıb.Qarabağ müharibəsi 1991-94-cü illər arası olubsa,Qarabağ əlili və şəhidini 1997-dən qabaq əlil-şəhid olmaqda suçlamağın adı nədir?

Burada mənimsəmədən başqa nəsə yada düşmür.DSŞ dövlətin adından çıxarılan məhkəmə aktlarını da icra şöbələrinə və elə aktı qəbul edən məhkəmələrə rüşvət verməklə icra etmədiyindən, ödənişi ”köhnə” 10 dəfəlik az məbləğlə vermək istədiyindən KM-ə müraciət olunmuşdu.Bəlli olduğu kimi,KM onların “mənimsəmə istəyi”ni gözündə qoyub,məbləğin 11 min manatdan az ola bilməzliyini təsbit edib.KM-in 28.01.2014 tarixli qərarının qəbul olunduğu iclasda Maliyyə Nazirliyinin(Mahir Abdullayev),Dövlət Sığorta Şikətinin(Əfqan Mirzəyev),Bakı Apellyasiya Məhkəməsinin(hakim Raqib Qurbanov) və digər bağlantılı qurumların nümayəndələri iştirak etsə də,Qərarın qəbulundan 13 ay keçməsinə baxmayaraq elə bu orqanlar KM-in qərarına açıq-aşkar hörmətsizlik edir,əlil və şəhid ailələrini MM-in qarşısına yönəldirlər.

Bakı AM-sinin hakimi Raqib Qurbanovun sədri olduğu üçlük 11.11.2014 tarixli qərardadla sığorta məbləğinin 1993-cü ildəki məbləğlə ödənilməli olmasını və hətta indeksasiyanın da ola bilməzliyini borclu DSŞ-nın rüşvətilə qərarlaşdırıb.

Bəs Maliyyə Nazirliyi,onun Dövlət Sığorta Nəzarəti Xidməti(rəisi Namiq Xəlilov) sığorta ödənişlərinin vaxtında və qanunvericiliyin tələbinə uyğun verilməsinə necə nəzarət edir?Nəzarət xidmətinin sadəcə rüşvət yolu ilə qanpulunun mənimsənilməsinə xidmət etməsi üzə çıxır.Fikir verin,Maliyyə Nazirliyinin xidmət rəisi Namiq Xəlilov müharibə əlilinə rəsmi məktubla sığorta məbləğinin öncə 11 min manat olduğunu,DSŞ-nın bundan imtina etdiyini bildirəndə isə 1997-dən qabaq əlil-şəhid olanlara veriləcək məbləğin 1998-2006(??) arasında ödənilən 1100(min yüz) manatlıq məbləğə uyğun miqdarda ödənilməli olmasını bildirib.Cavabdakı uyğunsuzluq rüşvətə uyğunluqdan qaynaqlanır.

Ümumiyyətlə,sığotra bazarındakı özbaşınalıq,fırıldaqlar Maliyyə Nazirliyindən qaynaqlanır.Fikir verin,icbari sığorta olunan avtomobil yiyəsi 3-cü şəxsə dəyən ziyanın məbləğinin 5 min manatdan az olduğu halda ondan konkret sığorta şirkətinin (ATƏŞGAH) subroqasiya qaydasında ödəniş tələb edib-edə bilməzliyini, edibsə,iddia ərizəsinin verilməsini,şirkətin hüquqi ünvanı barədə bilgi almaq üçün dövlət orqanlarına müraciət edib.Müraciət Maliyyə Nazirliyinə göndərilib və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov vətəndaşın 3 min manat borclu olduğunu bildirib.Belə çıxır, 3 min 5 mindən çoxdur?Belə rüşvətə nəzarətin nəticəsidir ki,sığorta şirkətləri özbaşınalıq edir,şirkətlərin olmayan ünvanlarından olmayan saxta iddialarla qanunsuz borc tələb edirlər.Təkcə vurğuladığımız faktla bağlı deyək ki,vətəndaşa saxta iddia ərizəsi Ağadadaş Qurbanov-1 ünvanından,hüquqi şəxs “ATƏŞGAH” sığorta şirkətinin adından verilib.Maraqlıdır ki,iddiaçı “ATƏŞGAH” göstərilsə də,ərizəni “MİTRA” MMC-nin müdiri Muxtar Şiriyev imzalayıb,Rahib Bağırov isə “VƏKALƏTLİ NÜMAYƏNDƏ” kimi çıxış edib.”Tarixi-Nadiri” olmasa da,MƏCƏLLƏni yarıyacan oxumuşam,amma “VƏKALƏTLİ” (QƏLİZ) (NÜMAYƏNDƏ”yə rast gəlməmişəm.İcbari Sığorta Bürosu,şirkət özü, Yasamal RİH A.Qurbanov ünvanının 61-ci MKİS-ə məxsus yaşayış binası olmasını və “ATƏŞGAH”ın orada ofisinin olmamasını bildirib.Hələ üstəlik məhkəmə özü də vətəndaşa qarşı heç bir iddia ərizəsinin məhkəməyə daxil olmadığını rəsmi məktubla diqqətə çatdırıb.Başqa sözlə,sığorta dələduzluğu üzə çıxır,amma dövlət qurumu-Maliyyə Nazirliyi dələduzluğa haqq qazandırır. Vətəndaşları sığorta,büdcə sahəsindəki qanunlarla,hüquqları ilə bilgiləndirmək əvəzinə, ölkənin baş maliyyəçisi hüquqsuzluqdan yararlanmaq yolunu tutub.Qanunsuzluğq,sığorta fırıldağına məhkəmə adı ilə haqq qazandıran maliyyə nəzarətçiləri,sığorta qurumları görəsən,neçə illərdir qanuni qüvvəsini alan məhkəmə qərarlarının icrasından niyə yayınırlar?

Qanpulunu yeyənlərin son ümidi Konstitusiya Məhkəməsi idi.Bəlli olduğu kimi,KM onların ümidlərini heçə çıxardı.İndi hədəf MM-dir.Qanpulunu və məhkəmə qərarını ödəməyə borclu olan Dölət Sığorta Şirkətinə qarşı qanunverici orqan qanuni tədbir görməlidir,yoxsa...MM-dən nəsə gözləmək yersizdir.Borclular da buna arxayındır.Lap MM qanuna dəyişiklik etdi,icra olunmayandan sonra bu qanunun qəbuluna nə hacət?19 ildir “Torpaq islahatı haqqında” qanun qəbul olunub,bir Qarabağ əlili torpaq yiyəsi olub?

Gerçəkdə Qarabağ əlillərinin və şəhid ailələrinin görüş yeri Maliyyə Nazirliyinin qarşısı olmalıdır.Bəlkə onda nəyəsə nail olmaq oldu...

M.Ağsu- Teref.iunfo

Teref.info olaraq adları çəkilən qurumlar və şəxslərin fikirlərini dinləməyə və yayınlamağa hazırıq!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...