Şıx çimərliyi yaxınlığında sökülən villalara sənədi kim verib?

Şıx çimərliyi yaxınlığında sökülən villalara sənədi kim verib?

Teref.info- Artıq necə vaxtdır ki, Şıx kəndinin girəcəyində, "Dostluq" parkının yaxınlığında villalar sökülür. Hamının yadına gəlir, prezident İlham Əliyev Bakı meri Hacıbala Abutalıbovdan bu villaların kimlərin olduğunu soruşdu. Lakin Hacıbala müəllim, bu villaların kimlərin olduğunu bilmədiyini dedi.

Bir necə müddət əvvəl poçtumuza gələn məktubla sizi tanış etmişdik. Orda bu yerlərdə kimlərin villaları, kimlərində hasarlanmış torpaq sahələri olduğunu bizə yazmışdılar.

" Hörmətli Teref.info, Hacıbala müəllim ən azından prezidentə düz məlumat verməyib. Çünki 2014 ildə mən o tərəflərdə bələdiyyədən aldığım torpaqda ev tikmək istəyəndə məndən 10 000 ( on min) manat pul istədilər. Soruşanda niyə belə baha, dedilər bu pul BakSovetindir. İcazəni onlar verir.

Tamam ola bilər Hacıbala müəllim villa yiyələrinin adını bilmir. Buyurun Hacıbala müəllim villaların birinin yiyəsinin adını deyim. Arif Qaraşov həzrətlər.

O birilərin adını isə əgər isatəsəniz gələn məktubumda sizə deyə bilərəm. Amma onu da deyim ki, burda tikilən hər bir villanın sərəncamı var. Axı bütün Bakı əhli bilir ki, Bakıda bir daşı daş üstünə qoymaq istəsən buna icazə olmalıdır. Ən azından şifahi."

İndi isə sizi adının naməlum saxlanılmasını istəyən respondetimzin ikinci məktubundan bəzi məqamlarla tanış etmək istəyirik.
Məktubun üslübuna və yazılış formasına toxunmadan sizə təqdim edirik:
“ Hörmətli Terf.info keçən məktubumda yazdığım kimi, burda sökülən villa və istinad hasarlarının kimə məxsus olduğu hamıya məlumdur. Əsasən bunlar iş adamlarına məxsusdur. Heç də qeyri qanun i deyil. Bütün bu villaların sərəncamı 2011-2014- cü illərdə Asif Əskərov tərəfindən verilib. İstəsəniz yoxlaya bilərsiniz. Sadəcə Hacıbala müəllim qorxusundan ad çəkmədi. Necə yəni bilmirəm. Bilmirsən çağır sadə uçastkovını o sənə bir bir desin hamsı kimindir. Yoxsa o boyda prezidentə yalan deyirlər.
Buyurun , Arif Qaraşovla, Kamran həkimin adlarını demişdik.

5 hektarın içində olan, sökülən villa və milyonluq hasarlar isə biri elə Ziya Məmmədova məxsusdur.
Orda sökülmüş hasarların biri “Arqon” firmasınındır və bu firma vaxt var idi “Hafka”-ya məxsus idi. İndi onu kim götürüb bilinmir.

O biri yekə istinad divarı sökülən sahə isə İqtisad məhkəməsinin hakiminindir. Lakin adını dəqiq bilmirəm. Ancaq bu yaxınlarda dəqiqləşdirib deyəcəm.

Onuda demək istəyirəm ki, bu günə qədər sökülən 12 villanın hamısı iş adamlarına məxsusdur və hamısınn sərəncamı var. Sərəncamı isə Səbail icra başçısı verib. Sadəcə qorxularından səslərini çıxartmırlar.

Düzdür indi hansısa iş adamı olan bir Cəmiləni veriblər qabağa. Amma onluq deyil

Gələn məktubumda qalan adlarıda sizlərə göndərəcəm.”

Beləliklə daha 3 adamın adlar bilindi.

Adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...