Erməni təxribatı nəticəsində Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb - icra başçısı

Erməni təxribatı nəticəsində Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb -


Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat zamanı Tərtər rayonunda 3 mülki şəxs həlak olub. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, bu şəxslər ermənilərin kəndləri ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərdir: "Həlak olanlardan 2 nəfəri Tərtər, 1 nəfəri isə Gəncə şəhər sakinidir. Hadisə nəticəsində 6 nəfər Tərtər sakini isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...