“Zaurdan heç vaxt şikayət etmərəm” - Döyülən rektor qızı

“Zaurdan heç vaxt şikayət etmərəm” -

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirli bilinən Zaur Məmmədovun azadlığa çıxması ilə bağlı xəbərlər yayılıb.

Bu xəbərlərin nə dərəcədə həqiqət olduğunu öyrənmək məqsədi ilə Ülkər İsayeva ilə əlaqə saxladıq.

O Azvision.az-a açıqlamasında bundan xəbərsiz olduğunu deyib. Ü.İsayeva həmçinin bildirib ki, o, Zaur Məmmədovdan şikayətçi olmayıb. “Mənim Zaur Məmmədovun azadlığa buraxılması haqda heç bir məlumatım yoxdur. Heç vaxt məhkəmədə onun əleyhinə ifadə verməmişəm. Həmçinin Zaur Məmmədovdan şikayət etməmişəm. Məmmədovlar ailəsi ilə bizim heç bir düşmənçiliyimiz yoxdur. Mənim Zaurdan heç bir narazılığım yoxdur”.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. Məlum hadisəyə görə, Z.Məmmədov tutularaq barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...