Azərbaycan ermənilərə 18 meyit verdi

Azərbaycan ermənilərə 18 meyit verdi


Azərbaycan bazar günü Ermənistan tərəfinə 18 hərbçinin meyitini verib. Bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan “İnterfaks” agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.

Dövlət Komissiyası bu barədə ətraflı məlumat yayacağını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...