GORANBOYDAN ŞİKAYƏT VAR İki kəndin sakinləri etiraza qalxdı

GORANBOYDAN ŞİKAYƏT VAR

Goranboy Rayon Səfikürd kənd sakinləri tərəfindən Vertikal.az-a şikayət məktubu göndərilib. Şikayətçilər yazır:

“Hazırda 1 saat olar ki Goranboy rayon Səfikürd kənd sakinləri məmur özbaşınalığına etiraz olaraq kəndin mərkəz hissəsi olan “kruq” adlanan yerə toplaşırlar. Səbəb isə Ziya adlı dünəndən Goranboy rayon Elektrik Şəbəkəsinə rəis vəzifəsinə təyin edilmiş şəxsin qanunsuz hərəkətlərinə etiraz etməkdir.
Belə ki, bu vəzifəyə dünən təyin edilmiş Ziya adlı şəxs gələn kimi rayonun Səfikürd və Tatarlı kəndlərinə elektirik enerjisinin verilməsini dayandırıb. Səbəbini isə guya reydin aparılması ilə əsaslandırırlar. Ancaq heç bir reyd aparılmır, 1 sutkaya yaxındır ki, elektirik enerjisinin verilməsinin dayandırılması nəticəsində kənd sakinlərinə zərər dəymişdir.

Bu özbaşınalığa etiraz olaraq kənd sakinləri hazırda kəndin mərkəzinə toplaşıb oradan da rayon İcra hakimiyyətinin qarşısına yürüş edəcəklər. Qeyd edək ki, Ziya adlı şəxs Yevlax rayon Elektrik Şəbəbkəsinin rəisi vəzifəsində işləyib və dünən oradan Goranboy rayon Elektrik Şəbəkəsinə rəis vəzifəsinə təyin edilib”.

Olay diqqətimizdədir. Əlavə bilgilər veriləcək...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...