Bakı Metropolitenindən şikayətçi var -
Binəqədi rayonu 7 - ci mikrorayon 3126-cı məhəllədə Dərnəgül deposunun inşaat ərazisində yerləşən magistral su kəmərlərinin kollektor vasitəsilə ərazidən kənarlaşdırılaraq mövcud xətlərə birləşdirilməsi üçün dəhlizin açılması məqsədilə 3 fərdi yaşayış evinə 461 min manat dövlət vəsaiti ödəməklə dövlət ehtiyaclarına görə alınaraq sökülüb və su xətləri həmin ərazidən aparılaraq mövcud xətlərə birləşdirilib. İndi bu ərazi magistral su kəmərlərinin sanitar-mühafizə zonasına aiddir. Lakin buna baxmayaraq hər ilin aprel ayında kimlərsə bu əraziləri zəbt edərək qanunsuz tikintilər aparmaq istəyir.
Təkcə keçən il iki dəfə belə hal baş verib. Vaxtında aidiyyəti qurumlara ünvanladığım müraciətlər sayəsində çətinliklə qanunsuz tikintinin qarşısı alınaraq ərazi yüngül konstruksiyayla hasarlanıb və təhlükəsizliyi təmin edilib. Bu gün yenidən həmin ərazinin yüngül konustruksiyalı hasarı Bakı Metropoliteni QSC-nin tikinti biriqadası tərəfindən uçurdularaq ərazinin hasarlanma işlərinə başlanılıb. Məsələ orasındadır ki, bu ərazi magistral su kəmərlərinin sanitar-mühafizə zonası və su xətlərinin düz üstü olduğu üçün burada hər-hansı ağır tikinti materiallardan istifadə edərək hasarlama işləri aparmaq çox təhlükəlidir. 5 ildir ki, bu məsələylə bağlı mübarizə aparıram, artıq yorulmuşam !!! Bu qədər qanunsuzluq olmaz. Azərsu ASC tərəfindən dövlət büdcəsindən vəsait xərclənərək xətlərin təhkükəsizliyi üçün ərazi hasarlanır və 11 aydan sonra həmin hasarlar metropoliten tərəfindən dağıdlır. Buna nə ad vermək olar? Bu su xətlərinin həcmi çox böyükdü, əgər hər hansı qəza baş vermiş olsa onun qabağını almaq mümkün olmayacaq !!! Axı bu torpaqlar nəyinizə lazımdır? Nəyə görə bizlərə rahat yaşamağa imkan vermirsiniz? Onsuz da su xətlərinin köçürülməsi zamanı qanunsuz olaraq layihədən kənara çıxmaqla su xətlərinin istiqamətlərini dəyişərək evlərimizi təhlükə altına salmısınız !!! İndi niyyətiniz nədir? Evlərimizi su altında qoymaq istəyirsiniz?
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və baş nazirin müavini Abid Şərifova müraciət edərək bizləri bu zülmdən qurtarmalarını xahiş edirəm.
900 dəfə oxundu