"Azərbaycan hökuməti mənə vediyi sözü geniş miqyasda yerinə yetirdi"- AŞPA sədri

 "Azərbaycan hökuməti mənə vediyi sözü geniş miqyasda yerinə yetirdi"-


“Mart ayının əvvəlində Bakıya səfərim zamanı Azərbaycan hökuməti məni əmin etmişdi ki, bəzi məhbusların azad edilməsi üçün lazımi tədbirlər həyata keçirəcək. Mənə verilmiş söz geniş miqyasda yerinə yetirildi".

APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib.

O, həmin şəxslərin azadlığa buraxılmasını alqışladığını bildirib. "Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində nümayiş etdirdiyi xoşməramlı jestdir”, - deyə AŞPA sədri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...