Qazaxıstandan İrəvana tərs şillə

Qazaxıstandan İrəvana tərs şillə

Qazaxıstanın iş adamlarından ibarət nümayəndə heyəti İrəvana səfərdən imtina edib. ANS-in məlumatına görə, heyət Ermənistanda keçiriləcək "INVEST Armenia – 2016" forumunda iştirak etməli idi. Mətbuata bu barədə Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan deyib.

“Təəssüflər olsun ki, qazax nümayəndə heyəti Ermənistana gəlməkdən imtina edib. Biz nə edə bilərik? Onlar totalitar dövlətin vətəndaşlarıdır. Nümayəndə heyətinə bircə əmr lazımdır ki, Ermənistana gəlməsinlər. İmtinanı onlar təhlükəsizlik məsələsi ilə izah etdilər”, - deyə Kazaryan bildirib.

Ermənistan və Qazaxıstan arasında münasibətlər Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyət gərginləşəndən sonra pozulub. Döyüşlər davam etdiyi vaxt Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana açıq dəstək göstərmişdi. Nazarbayev İrəvanda Avrasiya İqtisadi Şurasının sammitinə gəlməkdən imtina etmişdi.

Qazaxıstanın Azərbaycana dəstək verməsi Ermənistan rəhbərliyi ilə yanaşı, əhalini də təşvişə salıb. Ermənistanda Qazaxıstana qarşı kampaniya başlayıb. Əhali kəndlərdə Qazaxıstana və Nazarbayevə aid olan hər şeyi dağıtmaq istəyirlər. Kəndlərdən birində Nursultan Nazarbayevin adı verilən lövhə götürülüb. Həmçinin kitabxanalardan birində Nazarbayevə aid guşə ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...