Ermənilər Qarqar çayı ilə yaşayış mənətəqlərinə mina axıdır, artıq 5 mina zərərsizləşdirilib
Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub. Bu barədə APA-nın Qarabağ bürosuna ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib. O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb: “Tapılan minalar Rusiya istehsalı olan “PM” piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".
***
Saat: 11.59
Bakı. Hafiz Heydərov – APA. Ağdamda piyada əleyhinə mina tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Əfətli kəndi ərazisindən keçən Qarqar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verilib.
849 dəfə oxundu