YAP Yevlax Rayon Təşkilatı “Heydər Əliyev 93”- devizi altında tədbirlərə start verdi FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı və Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı elmi praktik konfrans təşkil olunmuşdur.
Tədbirdə YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev və Mədəniyyət və Turizm şöbəsinin rəis əvəzi Zöhrə Adıgözəlova və Partiya fəalları iştirak edirdilər. Tədbiri YAP Yevlax rayon təşkilatı Mədənniyyət məhəlli ilk partiya təşkilatının sədri Seymur Novruzov açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verdi.
Tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirildi. Sonra Mədəniyyət və Turizm idarəsinin müavini Rafiq Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə etdi. Sonra çıxış edənlər Eldəniz Mustafasyev, Şahin Qarayev, Aidə Nəbiyeva Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar.
YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev keçirilən tədbiri yüksək qiymətləndirdi. O tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verdi. Bildirdi ki, Müstəqil Azərbaycanın qurucusu, Xalqımızın ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudu. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.
Sonda Partiya sıralarına yeni qoşulmuş bir qurup gənc mədəniyyət işçilərinə partiya üzvülük vəsiqələri təqdim edildi.
2 042 dəfə oxundu