Azərbaycan aviasiya sahəsində Avropanın ən təhlükəli 5-ci ölkəsidir
ABŞ-ın “Wall Street Journal” dərgisi Avropanın Hava Nəqliyyatında Təhlükəsizlik İdarəsinin (EASA) gizli hesabatını dərc edib. Modern.az jurnala istinadən xəbər verir ki, Avropada hava hərəkəti sahəsində ən təhlükəli vəziyyət Yunanıstandadır. Bu ölkədə aviasiya sahəsində 21 problermin həll olunmadığı göstərilıir.
İkinci yerdə isə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya qərarlaşıb. Bu ölkənin aviasya sahəsində Avropanın Hava Nəqliyyatında Təhlükəsizlik İdarəsi 18 problem aşkarlayıb. Audit yoxlaması Almaniyada uçuşlar üçün xroniki personal çatışmazlığının və pilotların istirahəti üçün ayrılan vaxtın kifayət etmədiyini müəyyənləşdirib.
Aviasiya təhlükəsizliyi sahəsində həll olunmamış problemləri olan ölkələr arasında Bosniya və Hersoqovina (10 problem), Slovakiya (8 problem), Sloveniya (7 problem), Azərbaycan (5 problem), Macarıstan (5 problem), İspaniya (5 problem), Latviya (4 problem) və Türkiyə (4 problem) yer alıb. Ən yaxşı vəziyyət isə Böyük Britaniya, Rumıniya, İsveç və Maltada aşkar edilib. Burada aviasiya sahəsində yalnız hərəyə 1 həll olunmamış problem var.
1 040 dəfə oxundu