Türkiyə Suriyanın 4 bölgəsini top atəşinə tutub
Türkiyə Silahlı Qüvvələri (TSQ) Kilis vilayətindən İŞİD terror təşkilatının mövqelərinə atəş açıb. ANS PRESS-in məlumatına görə TSQ Kilisdəki artilleriya silahlarından Hələbin Baragitah, Havar, Harcələ və Dəlha ərazilərindəki İŞİD hədəfələrini vurub. Türkiyə və Suriya sərhədində yerləşdirilmiş “Haubitsa” top qurğuları ilə Suriyadakı terrorçu qruplaşma hədəflərinə ardıcıl zərbələr endirib.
Türkiyə ordusunun davamlı atəşə tutduğu ərazilərdə axşam saatlarında gərginlik bir az daha artıb. Buna səbəb Azad Suriya Ordusu ilə İŞİD qüvvələri arasında toqquşmalar olub. 2016-cı il 2 may tarixində axşam saatlarında Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayətinə Suriya tərəfindən raket zərbələri endirilib. Kilis şəhər mərkəzinə "Katyuşa" raket kompleksindən atəş açılıb. Atılan mərmilər 20 nəfərin həlak olmasına səbəb olub.
Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsindən Kilis vilayətinə Rusiya istehsalı olan iki "Katyuşa" raket mərmisi düşüb.Raket zərbələri nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Atılan raketlər vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb. Bir neçə gün bundan əvvəl Türkiyənin hökumətə yaxın agentliklərində məlumat yayıldı ki, Türkiyə Ordusu Suriya ərazisində böyük hərbi əməliyyatlara başlayacaq. Bildirilir ki, Türkiyə Kilis vilayətinə atılan raket mərmilərindən sonra İŞİD terrorçu qruplaşması ilə mübarizədə yeni dönəm başlaması ilə bağlı qərar qəbul edib.
İlk mərhələdə Suriyanın Türkiyə sərhədində yerləşən Azez qəsəbəsinin şərqindən Cerablusa qədər olan 8 kilometrlik ərazidə İŞİD-ə qarşı "təmizlik əməliyyatı" başladılacaq və əməliyyatlar Suriyanın 18 kilometr içərisinə doğru davam edəcək. “Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik”, deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
857 dəfə oxundu