Separatçılar ermənilərə yalvarır - "Talış və Mataqisdən başqa qalan kəndlərə qayıdın"

Separatçılar ermənilərə yalvarır -


Aprelin əvvəllərində gedən hərbi əməliyyatlar zamanı işğal altındakı Ağdərə və Xocavənd rayonlarından qaçan minlərlə erməni Azərbaycan ordusunun yeni hücumundan qorxaraq geri qayıtmaq istəmir. Onların bir qismi Şuşa və Xankəndində məskunlaşıb, ancaq qalanları orada da duruş gətirməyərək Ermənistana gedib. Qaçanların əksəriyyəti Talış və Mataqis kəndlərinin, habelə Ağdərə şəhərinin qanunsuz məskunlaşdırılmış əhalisidir. Dağlıq Qarabağdakı qondarma erməni rejiminin onları geri qaytarmaq üçün göstərdiyi səylər isə deyəsən nəticə vermir. Ermənistan rəhbərliyi bu tendensiyadan ciddi narahatdır, çünki geri qayıtmaq istəməyən qaçqınlar Qarabağın işğal edilmiş yaşayış məntəqələrində uzun illərdir həyata keçirilməyə çalışan qanunsuz məskunlaşdırma siyasətinə sarsıdıcı zərbə vurur.

Qarabağdan qaçan ermənilər isə belə görünür ki, Ermənistan ordusunun bu əraziləri saxlaya biləcəyinə artıq əvvəlki kimi inanmırlar. Məlumatlara görə Qarabağdan qaçanlar Ermənistanda qohumlarının evlərinə sığınıb, ancaq hökumət onlara hər hansı yardım ayırmır və məcbur etməyə çalışır ki, geri qayıtsınlar.

Separatçılar ermənilərə yalvarır -


Qondarma “DQR hökuməti”nin “baş naziri” Ara Arutyunyan dünən bu gün mayın 11-də Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırıb. “Mən Talış və Mataqis istisna olmaqla bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki yeni təhdidlər üçün heç bir əsas yoxdur, situasiya nəzarətimiz altındadır. Sizi əmin etmək istəyirəm ki, bütün problemləriniz həll olunacaq”-qondarma “baş nazir” deyib.

Arutyunyan bildirib ki, geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək. Onun sözlərinə görə, geri qayıtmaq və mümkün qədər tez bir vaxtda kənd təsərrüfatı işlərinə başlamaq lazımdır. Xatırladaq ki, 4 günlük müharibə zamanı Azərbaycan ordusu Talış və Mataqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.(Virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...