Rayonların yol polisləri Bakıya ezam edildi VİDEO

Rayonların yol polisləri Bakıya ezam edildi

I Avropa Oyunları zamanı yollarda sıxlığın aradan qaldırılması və şəhər daxilində normal hərəkəti təmin etmək məqsədilə bölgələrdən gələn nəqliyyat vasitələrinin girişinə qadağa qoyulmasından sonra, şəhərə giriş hissələrdə nisbətən sıxlıq yaşanır.
ANS TV-nin məlumatına görə bu avtomobillərin yoxlanması və park edilməsi məsələləri ilə bağlıdır. Hərəkət sıx olduğundan əraziyə əlavə polis qüvvələri cəlb edilib. Bu qadağa ilə əlaqədar Azərbaycanın bütün bölgələrindən yol polisi əməkdaşları Bakıya ezam edilib. Əyalətlərdən ezam edilən yol polisi dəstələri Bakıda yol hərəkətinin nizamlanmasına yardım edir.

Qeyd edək ki, Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərinə xəbərdarlıq edilib ki, həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar.

Rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yerləşir. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.

Qeyd edək ki, Bakıya giriş qadağası Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan maşınlara da aiddir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...