ABŞ təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək üçün Azərbaycana kömək edir

ABŞ təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək üçün Azərbaycana kömək edir


Birləşmiş Ştatlar “SilkWay” şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına təyyarə qəzası baş verən əraziyə çıxış əldə etmək işində kömək edir. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, Birləşmiş Ştatlar ərazidə mümkün olan istənilən köməkliyi göstərəcək. Səfirlik təyyarənin qəzaya uğraması zamanı həlak olanların ailələrinə başsağlığı da verib.


Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır. Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...