Ukrayna prezidentinin təyyarəsi Nadejda Savçenkonu vətənə gətirmək üçün Rusiyaya uçub

Ukrayna prezidentinin təyyarəsi Nadejda Savçenkonu vətənə gətirmək üçün Rusiyaya uçub


Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, “Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilə bilər.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi N. Savçenkonu vətənə gətirmək üçün Rusiyanın Rostov şəhərinə yola düşüb. “Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, - deyə məlumatlı mənbə bildirib. O, elə aeroporta rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib. Qeyd edək ki, bu gün P. Poroşenko tərəfindən “QRU” əməkdaşlarının əfv olunması gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...