“Rəqsanənin aparıcılıq etməsi fəlakətdir“

“Rəqsanənin aparıcılıq etməsi fəlakətdir“

“Rəqsanənin aparıcılıq etməsi fəlakətdir. Bunu sözlə ifadə etmək mümkün deyil”

GUNDEMİNFO.AZ yazır ki, bunu AzNews.az-a televiziya eksperti, jurnalist Qulu Məhərrəmli ATV telekanalında müğənni Rəqsanənin aparıcılığı ilə yayımlanan “Göz önündə” verilişinə münasibət bildirərkən deyib.

Q.Məhərrəmlinin fikrincə, Azərbaycan teleməkanında müğənnilərin, xüsusən səviyyəsi aşağı olan insanların veriliş aparması məqbul sayılmır: “Bu, müğənnilərin günahı deyil. Ümumiyyətlə, bizdə qurulmuş yanlış televiziya tendensiyasıdır. Bütün televiziya kanallarında bu cür bəsit aparıcılar var və genişlənməkdə davam edir. Bir müğənni başqa birindən 0,05 faiz artıq səviyyəli ola bilər, amma tendensiyanın özü səhvdir”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətinin qəhrəmanları alim, müəllim, bəstəkar, fikir adamları deyil, məhz müğənnilərdir:
“Bu, çox pis hadisədir. Bax, bunların üzərində düşünmək lazımdır. Bizim cəmiyyətimizin, mədəniyyətimizin, incəsənətimizin, efirimizin, televiziya siyasətimizin göstəricisi budur”.

Xatırladaq ki, müğənni Rəqsanənin ATV telekanalında apardığı “Göz önündə” verilişi cəmiyyətdə birmənalı qarşılanmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...