DGK sədrinin iştirakı ilə "Amcham-Azerbaijan"ın növbəti aylıq toplantısı keçirilib

DGK sədrinin iştirakı ilə "Amcham-Azerbaijan"ın növbəti aylıq toplantısı keçirilib


Azərbaycanda Amerika Ticarət Palatası ("Amcham-Azebrijan") növbəti aylıq toplantısını keçirib.

“APA-Economics” xəbər verir ki, budəfəki toplantıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev də iştirak edib. Palata üzvləri qarşısında çıxış edən komitə sədri gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və onların ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına göstərəcəyi təsirdən danışıb.

Toplantıda “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda təqdimatla çıxış edib.

Qarşılıqlı faydalılıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan toplantıda daha sonra palatanın üzvlərinin çıxışları dinlənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...