Evlənmək istəyən 85 nəfərdə QİÇS çıxdı

Evlənmək istəyən 85 nəfərdə QİÇS çıxdı


Keçən il iyunun 1-dən bu ilin mayın 1-nə kimi nikaha daxil olmaq istəyən 139 700 nəfər tibbi müayinədən keçib.

AzVision.az xəbər verir ki, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, müayinədən keçmiş 7171 nəfərdə talassemiya daşıyıcılığı, 458 nəfərdə sifilis, 85 nəfərdə isə QİÇS aşkar olunub: `Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub`.

O, əlavə edib ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...