"Formula-1" kimi tədbirlər Azərbaycanda turizm infrastrukturunun inkişafına kömək edir - Robert Sekuta

"Formula-1" kimi tədbirlər Azərbaycanda turizm infrastrukturunun inkişafına kömək edir -


Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi Azərbaycana çox sayda turist cəlb edəcək. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib: "İqtisadiyyatın diversifikasiyası məqsədilə Azərbaycan turizm infrastrukturunun inkişaf etdirilməsini qarşısına vəzifə olaraq qoyub. Belə tədbirlər isə il boyu turistləri cəlb edəcək infrastruktur və xidmətlərin inkişafına yardım edir".


R.Sekutanın sözlərinə görə, Azərbaycan mədəniyyəti və tarixi zəngin bir ölkə olaraq turistlərə təkcə Bakıda deyil, regionlarda da çox şey təklif edə bilər.

"Formula-1" Avropa Qran-pri yarışları Bakıda iyunun 17-19-da keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...