Azərbaycanlı milyarder dünyada neft çatışmazlığından danışdı

Azərbaycanlı milyarder dünyada neft çatışmazlığından danışdı

“Dünya neft bazarında defisit 2-3 il sonra yarana bilər”. ANS PRESS-in məlumatına görə, bunu azərbaycanlı milyarder, "Lukoyl” şirkətin prezidenti Vahid Ələkbərov deyib. V. Ələkbərov “Lukoyl” şirkətinin İraq hökuməti ilə müqavilə bağlamasından da danışıb. O bildirib ki, “Lukoyl” şirkəti danışıqlara başlamağa hazırdır.

Onun sözlərinə görə, "Lukoyl" şirkəti əvvəlki kimi Arktikada möcud olan yataqlara iddia edir. Xatırladaq ki, Vahid Ələkbərov ötən gün mətbuata açıqlamasında neftin gələcək qiyməti barədə proqnoz verib. O deyib ki, neftin qiymətinin düşməsi pik həddi keçib. “Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”.

O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftin qiymətinin ədalətli həddini də açıqlayıb: "Bu gün biz düşünür ki, barelə görə ədalətli qiymət 60 dollar civarıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...