Cüneyt Çakır Türkiyəyə qayıdıb

Cüneyt Çakır Türkiyəyə qayıdıb


Türkiyəli referi Cüneyt Çakır Avropa çempionatının qarşıdakı oyunlarında təyinat almayacaq.

"Report"un "Hürriyət"ə istinadən verdiyi məlumata görə, artıq 40 yaşlı referi vətəninə qayıdıb. Sonuncu dəfə qitə turnirinin 1/8 final mərhələsində İtaliya-İspaniya (2:0) oyununu idarə edən Çakır yarımfinal oyunlarına əsas namizəd kimi göstərilirdi. Çakırın təyinat almamasının səbəbi kimi İngiltərənin İslandiyaya məğlub olaraq turnirdən kənarda qalması göstərilir. UEFA İngiltərənin turnirdə qalacağı təqdirdə, iki ingilis referidən - Martin Atkinson və Mark Klattenburqdan birini evə göndərəcəkdi. Belə olan halda isə hər iki hakim qitə turnirində idarəçiliyə davam edəcək.

Qeyd edək ki, Cüneyt Çakır Avropa çempionatında 3 oyun idarə edib. Bunların ikisi qrup, biri isə 1/8 final görüşü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...