SOCAR Azərbaycandakı YDM-lərin sayını 21-ə çatdırıb

SOCAR Azərbaycandakı YDM-lərin sayını 21-ə çatdırıb


İyulun 7-də Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ''SOCAR Petroleum'' QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. T. Seyidov yeni açılan YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb, vurğulayıb ki, SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...