“Putin desə hakimiyyətdən əl çək, çəkərəm” - Bəşər Əsəd

“Putin desə hakimiyyətdən əl çək, çəkərəm” -


Suriyada 5 ildir öz xalqının başına bomba yağdıran Bəşər Əsəd telekanallardan birinə verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin himayəsinə sığındığını etiraf edib.

Hafta.az “Sabah”a istinadən bildirir ki, Əsəd ABŞ-ın "NBC" telekanalına belə deyib: “Putin iqtidardan getməyimlə bağlı heç vaxt mənə bir söz deməyib. Görünür, o, Suriyanı məhz mənim idarə etməyimi istəyir”.

“Hesab edirəm tarix məni Suriyanın terrordan qoruyucusu kimi görür. Əgər ölkəni terrorçulardan qorumaq üçün onları öldürüb, məğlub etsəniz, cani yox, vətənini sevən qəhrəman kimi ad çıxararsınız”, - deyən B.Əsəd son iki ildir birlikdə dinc suriyalıları qətl edən Putini gen-bol tərifləyib. "Rusiya prezidenti ilə münasibətlərimiz əsl mənəvi hisslərə söykənir, çox səmimi və qarşılıqlı hörmətə əsaslanır. O desə ki, hakimiyyətdən əl çək, çəkərəm”, - deyib B.Əsəd.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...