Terrorda ölənlər arasında azərbaycanlı yoxdur

Terrorda ölənlər arasında azərbaycanlı yoxdur


İlkin məlumatlara görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

AzVision.az xəbər verir ki, bu barədə bu gün Trend-ə Azərbaycanın Fransadakı diplomatik missiyasından məlumat verilib.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində törədilən terror hadisəsi nəticəsində ölənlərin sayı 84-ə çatıb. Hazırda xəstəxanalarda 100-dək insanın müalicə olunduğu bildirilir.

Onlardan 50 nəfərinin vəziyyəti ağırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...