Həccə gedənlərə vizaların verilməsi niyə yubanır? - səfirlikdən açıqlama

Həccə gedənlərə vizaların verilməsi niyə yubanır? -


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara vizaların verilməsi ilə bağlı ləngimənin yaranması barədə xəbərinə Səuidyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi münasibət bildirib.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, səfirliyin vizaları verməsində heç bir ləngimə yoxdur. Qafqaz Müsəlmanları İdarəsinnin açıqladığı kimi, vizalar iyulun 20-dən veriləcək.

Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi zəvvarlara vizaların verilməsi müddətinin 10-dan 20-ə qədər uzadıldığını və ləngidiyini bildirib. Xəbərin verildiyi gün səfirliyin əməkdaşı RAsim Abdullayev APA-ya bildirib ki, səfirlik QMİ açıqlama yaymamış məsələyə münasibət bildirmək istəmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...