“Ergenekon” cinayət işinin prokuroru həbs edilib

“Ergenekon” cinayət işinin prokuroru həbs edilib


Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs olunan çoxsaylı prokurorlar arasında ötən illərin səs-küylü “Ergenekon” istintaqını aparan prokuror da var.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “Konstitusiya quruluşunu dəyişməyə cəhd” ittihamı ilə başlanan cinayət işi çərçivəsində Düzcə vilayətində saxlanılan 13 prokurordan 5-i haqqında həbs qərarı çıxarılıb. Onların arasında “Ergenekon” cinayət işi çərçivəsində bir vaxtlar çoxlu sayda yüksək rütbəli hərbçinin həbsinə sanksiya vermiş Osman Şanal da var.

O. Şanal həbs qərarının verildiyi məhkəmə binasından çıxarılarkən “mən cümhuriyyət prokuroru Osman Şanalam. Mənə bu davranışı rəva görənləri millətimə həvalə edirəm. Həbsimə sanksiya verənlərdən şikayətçi olacağam”, deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...