"İstanbul və Ankaraya sifariş olunan biletlər qaytarıla bilər"- AZAL

"İstanbul və Ankaraya sifariş olunan biletlər qaytarıla bilər"-


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı sifariş olunan aviabiletlərin cəriməsiz son qaytarılma tarixini açıqlayıb.

Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.`

“Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16-20 iyul tarixləri üçün İstanbul və Ankara istiqamətlərində uçan reyslərinə iyulun 15-dək yazılmış aviabiletlər avqustun 15-nə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər”, - deyə məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...