Azərbaycanlılar Rusiyada `Allahu Əkbər` deyib qiyam qaldırdı

Azərbaycanlılar Rusiyada `Allahu Əkbər` deyib qiyam qaldırdı


Rusiyanın Xakasiya Respublikasında yerləşən 35 nömrəli cəzaçəkmə müəssisində məhbuslar qiyam qaldırıb. AzVision.az “Xakasiya” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyada cəzaların icra olunması üzrə Xidmətin Xakasiya üzrə idarəsinin rəisi Yaroslav Bajan və ombudsman Aleksandr Çistotin bildirib.

Onların sözlərinə görə, bir qrup məhbus həbsxanada olan mebel və çarpayıları, pəncərə və qapıları qıraraq polislərin içəri daxil olmasına mane olublar. Ombudsmanın qeyd edib ki, məhbuslar “Allahu Əkbər” deyə qışqıraraq onlara telefon verilməsini tələb ediblər.

Qiyamçı məhbuslar həbsxanada “birka”sız gəzmək, köynəyin üst düyməsini açıq saxlamaq, istədikləri yerdə siqaret çəkmək və istədikləri vaxt dua etməklə bağlı tələblər irəli sürüblər. Bajanın sözlərinə görə, qiyamın təşkilatçıların əksəriyyəti başda azərbaycanlılar olmaqla müsəlman məhbuslardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...