“Hərbi çevriliş cəhdindən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi”

 “Hərbi çevriliş cəhdindən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi”


“Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur".

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xazrici işlər nazuiri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsi zamanı bildirib.

M. Çavuşoğlu deyib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib: “Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflər oldu. Bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...