Türkiyə ordusunu Kiprdən çıxarmaqdan imtina etdi

Türkiyə ordusunu Kiprdən çıxarmaqdan imtina etdi


Türkiyə hakimiyyəti növbəti dəfə Yunanıstanın Türkiyə qoşunlarının Şimali Kiprdən çıxarılması barədə tələbinə etiraz edib.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiprlə bağlı irəli sürülən tələb Yunanıstanın səmimiliyinə şübhə yaradır.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Kiprlə məsələsi ilə əlaqədar məqsədsiz bəyanatlarına və Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan hüquqi prosesə müdaxilə cəhdinə son qoyacağını gözlədiyini vurğulayıb.

Xatırladaq ki, Yunanıstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, Türkiyənin Şimali Kiprdən ordusunu çıxarması Kipr məsələsinin həlli üçün fundamental şərtdir. (Virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...