Ərəb turistlər Bakıda evləri bahalaşdırır?
Azərbaycana gələn turistlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Bölgələrdə və paytaxtda hər addım başı ərəb, iranlı turistə, eləcə də digər millətlərin nümayəndələrinə rast gəlmək mümkündür. Turistlər arasında ərəblər say çoxluğu ilə üstünlük təşkil edir.
Ərəblərin Azərbaycana axışının əmlak bazarında qiymətlərə ciddi təsir edəcəyi bildirilir. Yayılan məlumatlara görə, Bakının ən bahalı otellərində qalan ərəblər paytaxtın mərkəzi yerlərində ev almağa can atırlar. Bu isə öz növbəsində mənzil bazarında canlanmaya və qiymət artımına səbəb ola bilər.
Ekspert Ramil Osmanlı AzVision.az -a açıqlamasında bildirib ki, ölkəmizə ərəb axını mənzil bazarına təsirsiz ötüşməyəcək.
R.Osmanlı deyib ki, sentyabr ayından sonra xarici tursitlərin, xüsusuən ərəblərin Bakıya axının nəticələri məlum olacaq. “Onların Bakıda nə qədər əmlaka sahib olmaları və digər məsələlərlə bağlı hələlik rəsmi məlumat yoxdur. Reystr xidməti bununla bağlı hansısa açıqlama verməyib. Ümumi məlumatlar var, o konteksdən çıxış edib deyə bilərəm ki, bazarda nisbi aktivlik var, ancaq bu, bazarda dianmikanı dəyişəcək həddə deyil”.
Ekspertin fikrincə, gələcəkdə etimal olunur ki, ərəblərin və digər millətlərdən olan turistlərin Bakıya axını həm özəl mülkiyyətin, həm də dövlət əmlakının özəlləşməsi istiqamətində aktivliyi müəyyən qədər artıracaq: “Alıcı kütləsinin bazara daxil olması təbii ki, qiymətə təsirsiz ötüşməyəcək. Pul axınını artıracaq, bu da olsa qiymət artımına gətirib çıxaracaq. Qiymət artımının hansı həddə, hansı fazilə olacağını indidən demək düzgün olmaz”.
1 175 dəfə oxundu