FETÖ-nun keçmiş "Azərbaycan imamı" Qırğızıstana qaçdı - Qırğız hökuməti ona vətəndaşlıq və pasport verir

FETÖ-nun keçmiş "Azərbaycan imamı" Qırğızıstana qaçdı -


Türkiyənin diplomatik danışıqları nəticəsində Fətullah Gülənin ABŞ-dan ekstradisiya olunması yenidən gündəmə gəlib.

Avropa.info xəbər verir ki, son danışıqlar təşkilatın ABŞ-dakı tərəfdarlarının arasında çaxnaşma havası yaradıb. Fətullah Gülənin varisi olduğu bildirilən sabiq Türkiyə imamı Mustafa Özcanın təşkilatın güclü olduğu ölkələrin başında gələn Qırğızıstana gedərək vətəndaşlıq aldığı bildirilir. Mustafa Özcanın yanında Zaman qəzetinin köhnə sahibi Naci Tosun da var.

Mustafa Özcanın Bişkekdə yerləşən “Vəfa Center”də bir market satın aldığı və bu market üzərindən vətəndaşlıq əldə etdiyi bildirilir. Əldə olunan məlumata görə Türkiyə pasportu ləğv edilən Mustafa Özcana sabah Qırğızıstan pasportu veriləcək . Mustafa Özcanın yanında Zaman qəzetinin əvvəlki sahibi və təşkilatın sabiq Azərbaycan imamı Naci Tosun da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...