ABŞ kürdlərin müstəqilliyini dəstəkləmədiyini bildirdi

ABŞ kürdlərin müstəqilliyini dəstəkləmədiyini bildirdi

Birləşmiş Ştatlar vahid Suriyanın qorunub saxlanması mövqeyindən çıxış edir və kürdlərin müstəqilliyini dəstəkləmir. TASS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib. "Biz (ABŞ hakimiyyəti — red.) vahid Suriya tərəfdarıyıq. Biz müstəqil kürd təşəbbüsünü dəstəkləmirik. Onlarla və kürd qüvvələrinin bəzi ünsürləri ilə iş olduqca məhdud əsasda aparılıb", — deyə Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununda qeyd edib.

Rusiyanın XİN rəhbəri öz növbəsində bildirib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olaraq qalmalıdırlar. "Biz amerikalı həmkarlarımız ilə bütün Suriya tərəflərinin iştirak etməli olduğu siyasi prosesin təcili başlanmasının vacibliyini təsdiq etmişik. Kürdlər bu prosesdə tam şəkildə təmsil olunmalıdırlar, onlar Suriya dövlətinin və problemin həllinin bir hissəsi olaraq qalmalıdırlar", — deyə Lavrov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...