Oqtay Şirəliyev dərmanların qiymətindən danışdı

Oqtay Şirəliyev dərmanların qiymətindən danışdı

Azərbaycanda dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi dərman vasitələrinin qiymətlərinin hədsiz artımı hallarını aradan qaldıracaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu bu gün səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.

Əczaçılıq sahəsində dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsinin ötən ilin yeniliklərindən biri olduğunu deyən O.Şirəliyev artıq Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydadarının təsdiq edildiyini xatırladıb.

O.Şirəliyev qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyası oldu: "Bu ilin 3 ayı ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə onun sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...