Bu gün sərbəst güləş yarışları başa çatır

Bu gün sərbəst güləş yarışları başa çatır

Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində sərbəst güləş yarışları başa çatacaq.

Apasport.az saytının məlumatına görə, 4 çəki dərəcəsində pəhləvanlar güclərini sınayacaqlar.

İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan güləşçiləri bütün çəkilərdə təmsil olunacaq.

61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyevin də rəqibi erməni idmançıdır. Avropa və dünya çempionumuz 1/8 final görüşündə Valodiya Franqulyanla üz-üzə gələcək.

70 kq Azərbaycanın Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçi bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.

86 kq çəkidə Azərbaycanı təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.

125 kq çəkidə isə Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycanı təmsi edən Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...