"İlk Avropa Oyunlarına böyük maraq var"

"İlk Avropa Oyunlarına böyük maraq var"

"Yayım şirkəti kimi, məqsədimiz o idi ki, Avropa Oyunlarında 1000 saatdan çox yayım təşkil edək".

APA-nın məlumatına görə, bunu Beynəlxalq İdman Yayımı (“International Sports Broadcasting” (ISB)) şirkətinin prezidenti və icraçı direktoru Manolo Romero deyib.

O bildirib ki, hazırda 600 saatlıq çəkiliş aparılıb: "Nəticədə hesab edirəm 1100 olacaq.

Dünya üzrə şirkətlərə 800 saatdan çox yayım göndərmişik. Ümumilikdə, oyunlara böyük maraq var. Biz strategiyamızın məqsədlərinə çatmışıq və gözlədiyimizdən çox yayıma nail olmuşuq. Әsas hədəf Avropadır. İştirakçı 50 ölkədən 45-i bu oyunları işıqlandırır. 100 ölkə oyunları izləyə bilir. 30 ölkədə gündəlik olaraq oyunlara 2 saat vaxt ayrılır. Ümumi rəy, o cümlədən yayımın keyfiyyəti ilə bağlı fikir çox müsbətdir. Yayımçılar məkanların təsirvirlərin keyfiyyətindən və oyunlardan məmnundurlar. Onlar deyirlər ki, bu olimpiada səviyyəsində bir yarışdır".

Yayımçı şirkətin rəhbəri oyunları yayımlamayan ölkələrin sayının çox az olduğunu deyib: "Bu ölkələr Malta, İslandiya, Bosniya vә Hersoqovina, Montoneqro vә Makedoniyadır. Sözsüz ki, istərdim onlar da oynları yayımlasınlar".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...