Türkiyəli idmançı: “Azərbaycanda çempion olmaq çox sevindiricidir”

Türkiyəli idmançı: “Azərbaycanda çempion olmaq çox sevindiricidir”

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində I Avropa Oyunların qalibi olan türkiyəli idmançı Taha Akgül qazandığı uğurla bağlı fanatik.com.tr saytına təəssüratlarını bölüşüb.

APA-nın məlumatına görə, dünya və Avropa çempionu Taha Akgül güləşin çox populyar olduğu Azərbaycanda çempion olmağın çox sevindirici olduğunu dilə gətirib: “Ölkəmizin bayrağını son gündə dalğalandırdım. Azərbaycanlı qardaşlarımızla birlikdə İstiqlal Marşını oxumaq digər yarışlardan daha önəmli idi. İndi əsas məqsədim olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, Taha Akgül I Avropa Oyunlarındakı qələbə sevincini Azərbaycan və Türkiyə bayraqlarını birgə dalğalandırmaqla yaşayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...