Çovdarovun qohumlarının bütün əmlakına həbs qoyulub

Çovdarovun qohumlarının bütün əmlakına həbs qoyulub

Keçmiş MTN generalı Akif Çovdarovun bütün əmlakına həbs qoyulub. Bu haqda "Yeni Musavat" qəzetinə generalın vəkili Kamandar Nəsibov məlumat verib.
Vəkilin sözlərinə görə, həbs həmçinin Akif Çovdarovun qohumlarının əmlakına da qoyulub.

Həbs edilmiş əmlaklar arasında generalın qızlarının mülkiyyətində olan "8-ci kilometr" bazarı da var. Generalın Badamdar qəsəbəsində yerləşən üç villasına da həbs qoyulub. Onlardan birində general özü və oğlu, digər ikisində isə qızları yaşayıb. Generaldan, həmçinin dövlət tərəfindən hədiyyə edilən və onun öz oğlunun sərəncamına verdiyi mənzil də alınıb. Kamandar Nəsibov əlavə edib ki, həbs edilmiş əmlaklar arasında pomidor yetişdirilməsi üzrə ixtisaslaşmış “Bəhrə 2010” MMC və onun böyük istixanaları da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...