Pakistan SOCAR-dan qaz almaq niyyətindədir

Pakistan SOCAR-dan qaz almaq niyyətindədir


Pakistan hökuməti təbii maye qazın (LNG) idxalı ilə bağlı altı ölkənin şirkəti ilə danışıqlar aparmaq qərarına gəlib. "APA-Economics" xəbər verir ki, hökumət Malayziyanın "Petronas", Rusiyanın "Qazprom", Fransanın "Engie", İtaliyanın "Eni", Omanın "Otto", Azərbaycanın SOCAR şirkətləri ilə danışıq aparacaq.

Zəruri sənədləşdirmə işləri başa çatdıqdan sonra Pakistan hökuməti bu şirkətlər arasında ölkələrarası idxal sövdələşməsi həyata keçiriləcək. Məlumata əsasən, ilk növbədə "Petronas" və "Qazprom", daha sonra isə digər şirkətlərlə qiymət və digər mühüm aspektlər barədə danışılar aparılacaq. Qeyd edək ki, Pakistan hal-hazırda təbii qaz qıtlığından əziyyət çəkir. Daxili istehsal ölkənin qaza olan tələbatını ödəyə bilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...