Erməni nazir əhalidən xahiş etdi: "Bir ay da dözün"

Erməni nazir əhalidən xahiş etdi:


“Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: “Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki, ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq”.

Ermənistanda təqaüdlərin aşağı olduğunu deyən nazir : “Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə, Sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...