“Bakı açılış mərasiminə 100 milyon dollar xərcləyib. Biz belə bacarmarıq” - Lukaşenko

“Bakı açılış mərasiminə 100 milyon dollar xərcləyib. Biz belə bacarmarıq” -

Belarus İkinci Avropa Oyunlarını Azərbaycanın meyarlarına görə gülməli görünə biləcək 50 milyon dollara dünya səviyyəsində keçirə bilər və hətta qazanc əldə edər. Virtualaz.org xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mogilyovximvolokno” dövlət müəssisəsinin əmək kollektivi qarşısında çıxış edərkən deyib.

“Hesablamışıq ki, hətta qazancımız da olacaq. Bu illər ərzində cəmi 50 milyon dollar xərcləməliyik. Bu ölkə üçün göz yaşıdır. Amma bəlkə heç buna da ehtiyac olmadı – avropalılar deyiblər ki, kömək edəcəklər”, - Lukaşenko güman edilən büdcə barədə bildirib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının açılışına Bakıda 100 milyon dollar xərclənmişdi, Minskdə isə ucuz başa gələcək. Dəqiqləşdirərək Lukaşenko deyib: “Bizdə belə olmayacaq. Biz səmimi açılış mərasimi keçirəcəyik ki, xalqımızın ruhunu göstərək. Gözəl edəcəyik. Buna bəlkə 1 milyon dollardan da az vəsait tələb olundu, daha 100 milyon yox”.

Prezidentin fikrincə, İkinci Avropa Oyunlarının keçirilməsində məqsəd postsovet respublikasının imicinin və tanınma səviyyəsinin yüksəldilməsidir. “Ölkəmizə insanlar gələcək. Buranı görəcəklər, hokkey üzrə dünya çempionatında olduğu kimi. O vaxt nə itirmişdik? Heç nə. Əksinə, qazanmışdıq. Əgər müstəqil olmağa qərar vermişiksə, anlamalıyıq ki, bu ucuz başa gəlmir. Hardasa qazanc mümkündürsə, bunu etmək lazımdır”, - Lukaşenko deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...