Azərbaycanlı milyarder rüşvətlə tutulan nazir haqda nə dedi...

Azərbaycanlı milyarder rüşvətlə tutulan nazir haqda nə dedi...


Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ötən gecə FTX əməkdaşları tərəfindən 2 milyon dollar rüşvət alarkən tutulması ekspertlər, siyasətçilər və iri biznesin nümayəndələri arasında çaşqınlıq yaradıb. Bəziləri bunu hakimiyyətdəki mühafizəkar qanadın islahatçıların son nümayəndələrindən birini vurub çıxarmaq planları ilə izah edir.

Vaxtilə Ulyukayevlə birlikdə hökumətdə işləmiş keçmiş baş nazir, “Rosnano”nun rəhbəri Anatoli Çubays bu həbsi “mütləq şok” adlandırıb. “Ulyukayevi 30 ildən çoxdur tanıyan adam kimi deyirəm ki, bu hadisə mütləq şokdur. Lakin hətta emosiyaları və dara düşmüş yoldaşın halına acımağı bir kənara qoysaq belə qızıl qayda var: gərək hər iki tərəfi dinləyəsən. İndi tərəflərdən biri deyir ki, Ulyukayev “Rosneft”i hədələyib və rüşvət tələb edib ( görünür mən bu dünyada nələrisə dərk etmək qabiliyyətimi itirmişəm-Çubays), digər tərəfi isə hələ eşitməmişik”-Çubays bildirib.

Azərbaycanlı milyarder rüşvətlə tutulan nazir haqda nə dedi...


Keçmiş maliyyə naziri (Ulyuyakayev onun müavini olub) Aleksey Kudrin isə bildirib ki, bu məsələdə həddən çox suallar var və iş obyektiv araşdırmalıdır.

Rusiya sənayeçilər və sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin də Ulyukayevin həbsində çoxlu suallar olduğunu deyir. “Gərək dəli olasan ki, “Rosneft”in “Başneft”in səhmlərini almasına dair sövdələşmədən bir ay sonra, bütün siyasi, hüquqi, kommersiya anlaşmalarının tamamlandığı bir vaxtda ölkənin ən qüdrətli adamlarından biri olan İqor Seçini hədələyib 2 milyon dollar rüşvət tələb edəsən. Belə olan halda naziri müstəntiqlərin yox, psixiatrların yanına aparmaq lazım idi”-Şoxin bildirib.

Azərbaycanlı milyarder rüşvətlə tutulan nazir haqda nə dedi...


Azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da Ulyukayevin həbsini şərh edib. O, bildirib ki, baş verənləri hələ dərk edə bilmir. “Bu gün baş verənlər mənim üçün də yenilikdir. Mən hələ baş verənləri dərk edə bilməmişəm”-Ələkbərov deyib.

Rusiya İstintaq Komitəsi isə Ulyukayevin rüşvəti nəğd alarkan yaxalanmadığı haqda xəbərləri təkzib edib. Bildirib ki, nazir məhz rüşvət pullarını alarkən “iş başında” yaxalanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...