Erməni hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət etdi: "Mənə vətəndaşlıq verin!"

Erməni hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət etdi: "Mənə vətəndaşlıq verin!"


Erməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Ölkə.Az xəbər verir ki, müraciəti öz Facebook profilində paylaşan Vahe Avetyan İlham Əliyevdən ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.

Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!

Hörmətlə, Vahe Avetyan


Erməni hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət etdi: "Mənə vətəndaşlıq verin!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...