Miçiqanda 14 yaşlı qız donduruldu, xəstəliyinə çarə tapılanda canlandırılacaq - həkim şərhi

Miçiqanda 14 yaşlı qız donduruldu,


Britaniya mətbuatında son 3-4 gündür 14 yaşlı bir qızdan və onun verdiyi cəsarətli bir qərardan danışılır. Yeniyetmə qız avqust ayında müalicəsinin başa çatdığını və xərçəng xəstəliyinin son mərhələdə olduğunu öyrənir. Bədəninin dondurulma üsulu ilə qorunub saxlanması haqqında məhkəməyə müraciət edir. Məktubunda yaşamaq arzusunu, gələcəkdə xəstəliyinin müalicəsi tapılanda oyandırılmağı və şansını yoxlamaq istədiyini yazır. Oktyabr ayında ABŞ-da vəfat edir və Miçiqan ştatı Cryonics İnstitutunda dondurularaq mühafizə altında saxlanılır. Keçən həftə məhkəmə qızın tələbini qəbul edir, ancaq o, bu arzusunu gerçəkləşdiyini görə bilmir.

Krioprezervasiya canlı hüceyrələrin, toxumaların, orqanların, hətta bütün bədənin dondurularaq mühafizə edilməsidir. Bədənin dondurulmasında əsas ideya qeyri-müəyyən vaxta, yəni tibb elmi, texnologiya inkişaf edənə, ölümə səbəb olan xəstəliklərə çarə tapılana qədər bədəni mühafizə etmək, sonra təkrar canlandırmaqdır. Hazırda isə elm tərəfindən “elmi fantastika” adlandırılır. Qan hüceyrələri, sperm, embriyoların dondurulma surətiylə saxlanılması indiki şəraitdə mümkün olsa da, ümumi bədən haqqında elmi bir sübut yoxdur. Cryonics İnstitutunun hədəfi “həyatda insanlara ikinci şans vermək”dir, yəni onların fikri belədir. ABŞ-da iki mərkəz fəaliyyət göstərir: Arizona ştatında yerləşən Alcor Ömür Uzatma Təşkilatı və Miçiqan ştatında Cryonics İnstitutu. Təxminlərə görə ABŞ-da 300, Rusiyada 50 dondurulmuş bədən qorunub saxlanılır.

Dondurulan bədənlər haqqında ilk fikri 1960-cı illərdə Miçiqan ştatında professor Robert Ettinger irəli sürüb. “Ölməzliyə ümid” kitabında o, etiraz edərək, ölümün geri döndərilə bilən bir proses olduğu fikrini müdafiə edib. Hazırda özü, anası, birinci və ikinci həyat yoldaşı Cryonics İnstitutunda -196° temperaturda metal çənlərin içində maye azotda saxlanılır. İlk dondurulan insan Kaliforniya Universitetinin psixologiya professoru Dr.Ceyms Bedford olub və 1967 –ci ildə , 73 yaşında öldükdən sonra dondurulub.

Krioprezervasiya prosesi 3 mərhələdən ibarətdir və xəstə rəsmi olaraq ölmüş elan edildikdən sonra başlayır. Birinci mərhələdə cəsəd dərhal buz olan vannaya qoyulur. Tənəffüs aparatı ilə oksigen, qanı duru saxlamaq üçün heparin verilir, qan dövranını davam etdirən CPR maşınına qoşulur. Bədən temperaturu tədricən aşağı salınır. İkinci mərhələdə damarlardakı qan boşaldılır və yerinə donmağa qarşı qoruyucu məhlul verilir. Məqsəd buz kristallarının hüceyrələrə zərər verməsini əngəlləməkdir. Üçüncü mərhələdə bədən bir neçə gün ərzində daha da soyudulur və -196°-də maye azot olan metal çənlərə yerləşdirilir. Başqa bir üsul da neyroprezervasiyadır. Burada baş kəsilərək dondurulur və gələcəkdə regenerasiya, ya da klonlama ilə yeni bədən yaradılmasına ümid edilir.

Yuxarıda bəhs etdiyimiz qızın ata-anası boşanıb ayrı yaşayırlar. Anası qızının arzusuna razı olsa da, atası etiraz etmişdi. 6 ildir görüşmədiyi atası məhkəməyə yazdığı məktubunda deyir: ”Fərz edək ki, dondurma üsulu uğurlu oldu və məsələn, 200 ildən sonra qızım həyata döndü, ancaq o vaxt dünyada heç bir qohum-əqrabası yaşamayacaq və keçmişinə aid heç nə xatırlamayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...